“Borussiya”nın ilk transferi dəqiqləşdi
28.04.2022 - 09:46
“Borussiya”nın ilk transferi dəqiqləşdi

Dortmund “Borussiya”sının ilk yay transferi bəlli olub.

Apasport.az saytının məlumatına görə, Niko Şlotterbek mövsümün sonunda dortmundlulara qoşulacaq.

“Frayburq”un 22 yaşlı müdafiəçisi üçün 20 milyon avro ödəniləcək. Niko ildə 6 milyon avro qazanacaq.

Neçə müddətdir müdafiəçi ilə danışıqlar aparan “Bavariya” daha yaxşı şərtlər təklif etsə də, Şlotterbek “Borussiya”nı seçib. “Karlsrue” və “Frayburq”un yetirməsi sayılan Niko 2019-cu ildə Bundesliqada debüt edib.

Qeyd edək ki, müdafiəçi cari mövsümün 29 matçında 4 qol vurub.