Avropanın “böyük beşlik” ölkələrində het-trikə imza atan veteran futbolçuların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa yüksək liqası tarixində bir matçda 3 qol vuran ən yaşlı oyunçular sıralanıb.
Bir neçə gün əvvəl İspaniya La Liqasının XVIII turunda “Malyorka” ilə görüşdə rəqibi 3 dəfə mərkəzə dəvət edən “Qranada”nın (4:1) forvardı Xorxe Molina “Top-5” liqalarda bunu ən qoca vaxtında həyata keçirən oyunçudur.
“Böyük beşlik” ölkələrinin hər birinin ən yaşlı het-trik müəllifi bunlardır:
1. Xorxe Molina (“Qranada”, 2021) - 39 yaş 241 gün
Rəqib: “Malyorka” (İspaniya La Liqası)
2. Rodriqo Palasio (“Bolonya”, 2021) - 39 yaş 86 gün
Rəqib: “Fiorentina” (İtaliya A seriyası)
3. Klaudio Pizarro (“Verder”, 2016) - 37 yaş 151 gün
Rəqib: “Bayer” (Almaniya Bundesliqası)
4. Teddi Şeringem (“Portsmut”, 2003) - 37 yaş 146 gün
Rəqib: “Bolton” (İngiltərə Premyer Liqası)
5. Toni Kaskarino (“Nansi”, 1999) - 37 yaş 31 gün
Rəqib: “Renn” (Fransa Liq1-i)