Kilian Mbappenin “Real”a mümkün keçidi La Liqa rəhbərliyinin də sevincinə səbəb olub.
Apasport.az saytının məlumatına görə, qurumun prezidenti Xavyer Tebas ulduz futbolçunun Madrid təmsilçisinə keçmək ehtimalına münasibət bildirib.
O, fransalı hücumçunun La Liqanın nüfuzuna faydalı olacağını düşünür: “Mbappenin keçidi barədə heç bir məlumatın yoxdur. Amma mən dəfələrlə görmüşəm ki, müqaviləsi bitən oyunçular anlaşmanı uzatmayıb və karyeralarını başqa yerdə davam etdirib. Mbappenin keçidi La Liqa üçün sevinc olar. Bu, La Liqada yaşana biləcək ən yaxşı şeydir”.
Qeyd edək ki, Kilianın yayda PSJ-dən “Real”a azad agent kimi keçəcəyi gözlənilir.