“Bu, avropalılar üçün vacib kubok deyil” – Tyaqo Silva
12.02.2022 - 16:24
Klublararası dünya çempionatı müxtəlif qitələrdə fərqli qəbul olunur.
Apasport.az saytının məlumatına görə, bunu “Çelsi”nin braziliyalı futbolçusu Tyaqo Silva deyib.
O, klublararası dünya çempionatının “Palmeyras”la final matçı öncəsi yarışa yanaşmanın fərqli olmasından danışıb: “Bu çempionatda ilk dəfə iştirak edirəm. Braziliya deyil, bütün Cənubi Amerikada çox vacib və maraqlı turnirdir. Bu, avropalılar üçün vacib kubok deyil. Amma şəxsən mənim üçün inanılmaz dərəcədə nüfuzludur”.
Qeyd edək ki, “Çelsi” və “Palmeyras” arasında final görüşü bu gün keçiriləcək.
0
0