“Bu da həlledici oldu” – Samir Abasov
12.02.2022 - 18:02
“Bu da həlledici oldu” – Samir Abasov

“Bu stadiondakı bütün matçlar gərgin keçir. Həm meydanda, həm kənarda”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.

O, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sabah”la cavab görüşü barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “Çox sevinirik. Bu qələbə hər kəs üçün çox vacib idi. Onu da qazandıq. Sezar Meza Kollinin meydana daxil olması və hərəkətlilik sayəsində orta sahədə nəzarəti ələ aldıq. Bu da həlledici oldu. Oyuna başlayanda necə olacağını bilmirsən. İlk yarıda bunu edə bilmədik. Fasilədə analiz etdik və bunun öhdəsindən gəldik. Sezarın sonradan meydana çıxması 10 gün məşq etməsi ilə bağlıdır. Koronavirusu ağır keçirdiyi üçün məşqlərə gec başlayıb. Oyundan-oyuna fiziki cəhətdən attıracağıq. Çıxış yolumuz da, vaxtımız da yoxdur. Matçların yükü ilə bu fiziki formanı qaytaracağıq. Fiziki hazırlıq düzəlməlidir ki, oyun da tələb edək. Bu çətin dövrdəyik. Matçdan-matça daha yaxşı oluruq və daha da yaxşıya doğru gedirik”. 

Qeyd edək ki, “Neftçi” 3:1 hesablı əzmkar qələbə ilə yarımfinala yüksəlib.