“Canavar” Azərbaycan və Türkiyə klubları arasında seçim edəcək
30.12.2021 - 13:47
“Canavar” Azərbaycan və Türkiyə klubları arasında seçim edəcək

İsrailin Nof-ha-Qalil “Hapoel”inin hücumçusu Mateus Lima Kruz karyerasını Azərbaycanda davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, braziliyalı forvarda Premyer Liqa təmsilçiləri ilə yanaşı, Türkiyədən də təklif var. Konkret olaraq “Kayserispor” “canavar” ləqəbli oyunçu ilə danışıqlar aparır. Həmkarlarımızın yazdığına əsasən, Mateus özü də Türkiyəyə köçməyə müsbət yanaşır və Kayseri təmsilçisi ilə anlaşmaq niyyətindədir.

“Hapoel” hücumçusunu 250 min avroya satmaq niyyətindədir. Ancaq “Kayserispor” futbolçunu heyətinə pulsuz cəlb etməyi planlaşdırır. Onlar “Hapoel”in Mateusa olan borcu qarşılığında forvarddan müqaviləni pozmağı tələb edib.

Qeyd edək ki, cari mövsümün ilk dövrəsini icarə əsasında Rişon-le-Tsion “Makkabi”sində keçirən Mateus Lima Kruz 17 oyunda 8 qol vurub.