"Zirə"nin baş məşqçisi Zaur Həşimov Antalya toplanışı çərçivəsində Serbiya klubu "Napredak"la keçirilən yoxlama görüşü ilə bağlı fikirlərini bildirib.
Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra çalışdırıcı yetirmələrindən razı danışıb.
Həşimov eyni zamanda hələ də çatışmazlıqlarının olduğunu etiraf edib: “Qış təlim-məşq toplanışının son oyunu idi. Uşaqlar verdiyimiz tapşırıqları yerinə yetirməyə çalışırdılar. Çatışmayan cəhətlərimiz də var. Oyuna baxdıqdan sonra qarşıdakı günlərdə səvləri aradan qaldırmağa çalışacağıq".
Qeyd edək ki, "Zirə" Türkiyə toplanışını 2 qələbə, 1 məğlubiyyətlə başa vurub. Komanda bundan əvvəl "Umraniyespor"a (Türkiyə - 0:3) uduzub, "Sepsi"ni (Rumıniya - 2:0) məğlub etmişdi.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək