“Çelsi” 2,5 milyarda satılacaq
07.05.2022 - 12:01
“Çelsi” 2,5 milyarda satılacaq

“Çelsi”nin satışı ilə bağlı razılıq əldə olunub.

Apasport.az saytının məlumatına görə, bunu London klubunun mətbuat xidməti açıqlayıb.

London klubu “Los-Anceles Dodjers”in sahibi Todd Boeli, Mark Uolter, Hans-Yorq Viss və “Klirleyk Kepital”dan ibarət Amerika-İsveçrə konsorsiumu tərəfindən alınacaq. Onlar “Çelsi”nin səhmləri üçün 2,5 milyard funt sterlinq ödəyəcək. Klubun inkişafı üçün əlavə 1,75 milyard xərclənəcək.

Qeyd edək ki, klubun satışın mayın sonunda rəsmiləşməlidir.