“Çelsi”dən Mauntla bağlı qərar
08.02.2022 - 11:49
“Çelsi” futbolçusu Meyson Mauntla müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu anlaşması 2024-cü ildə başa çatacaq yarımmüdafiəçi ilə uzunmüddətli əməkdaşlıq niyyətindədir.
Yaxın müddətdə tərəflər müqavilənin detallarını müzakirə edəcək. London təmsilçisi Mauntun maaşını da artıracaq.
Qeyd edək ki, klubun öz yetirməsi olan Meyson 2019-cu ildən əsas komandanın üzvüdür. O, cari mövsüm Premyer Liqanın 21 matçında 7 qol və 6 assistə imza atıb.
- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0