“Çelsi”dən futbolçusunu qaytarmaq üçün 4 milyonluq təklif
11.01.2022 - 14:15
“Çelsi”dən futbolçusunu qaytarmaq üçün 4 milyonluq təklif

“Çelsi” müdafiəçisi Emersonu icarədən qaytarmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, London klubu bununla bağlı futbolçunun icarə əsasında çıxış etdiyi “Lion”la danışıqlara başlayıb.

“Zadəganlar” İtaliya millisinin üzvünün erkən qayıtması üçün qarşı tərəfə 4 milyon avro təklif edib. Fransızlar hələ cavab verməyib. Ancaq “Lion” “Çelsi”nin əvvəlki iki təklifini rədd edib. İngilislər zədə ucbatından mövsümü vaxtından əvvəl başa vuran Ben Çiluelli əvəzləməyə çalışır.

Bundan əvvəl “Çelsi” “Everton”un müdafiəçisi Luka Dini icarəyə götürmək istəsə də, klublar ortaq məxrəcə gələ bilməyib. Çünki liverpullular Dini birdəfəlik satmaq fikrindədir.

Qeyd edək ki, bu mövsüm Liqa1-də 16 oyunda 1 qol vuran Emersonun “Çelsi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.