“Çelsi”nin müdafiəçisi “Real” yolunda
11.12.2021 - 00:35
“Çelsi”nin müdafiəçisi “Real” yolunda

“Real” “Çelsi”nin müdafiəçisi Antonio Rüdigerin transferində israrını davam etdirir.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu müdafiə xəttini onunla genişləndirmək niyyətindədir.

Almaniya millisinin üzvü mövsümün əvvəlindən danışıq apardığı “zadəganlar”la yeni müqavilə məsələsində ortaq məxrəcə gələ bilmədiyindən, “kral klubu” onu gələn yay azad agent kimi heyətinə qata bilər. Madridlilər hətta yanvarda müəyyən məbləğ qarşılığında da Rüdigerin transferində maraqlıdır.

Qeyd edək ki, Antonio Rüdigerin “Çelsi” ilə sözləşməsi mövsümün sonuna qədərdir.