“Dembele oyunçu kimi Mbappedən yaxşıdır” - Laporta
03.12.2021 - 18:14
“Dembele oyunçu kimi Mbappedən yaxşıdır” - Laporta

“Usman Dembele ilə çox yaxşı münasibətlərimiz var. Onun özü də komandada qalmaq istəyir”.

Apasport.az saytının məlumatına görə, bunu “Barselona” prezidenti Joan Laporta deyib.

O, müqaviləsinin uzadılması ilə bağlı razılığa gəlməkdə çətinliklə üzləşdikləri Usman Dembele haqda fikirlərini açıqlayıb. Laporta fransalını həmyerlisi Kilian Mbappe ilə də müqayisə edib: “Biz də istəyirik ki, Usman qalsın. O, əla oyunçudur. Vəziyyət agentlərlə danışıqların olmasını tələb edir. Agentlər futbolçuları üçün ən yaxşısını istəyirlər. Dembele oyunçu kimi Mbappedən yaxşıdır”.