“Everton” müdafiəçisini İtaliya klublarına təklif etdi
27.12.2021 - 10:39
“Everton” müdafiəçisi Luka Dini satmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, futbolçu baş məşqçi Rafael Benitesin planlarına daxil deyil.
Ukraynalı Vitali Mikolenkonu transfer edən İngiltərə klubu Dinlə vidalaşmağı lazım bilib. Fransalı müdafiəçi İtaliya klubları “İnter”lə “Napoli”yə təklif olunub.
Qeyd edək ki, 28 yaşlı arxa xətt oyunçusu 2018-ci ilin yayından “Everton”da çıxış edir. Onun müqaviləsi 2025-ci ildə başa çatacaq.
0
0