“Fluminense”ni “Qalatasaray”dan üstün tutdu
06.12.2021 - 22:39
Braziliyalı futbolçu Felipe Melo “Qalatasaray”a qayıtmayacaq.
Apasport.az saytının məlumatına görə, Türkiyə klubunun maraq dairəsində olan 38 yaşlı yarımmüdafiəçi ölkəsində qalmaq qərarına gəlib.
2017-ci ildən formasını geyindiyi “Palmeyras”la yollarını ayıran dayaq yarımmüdafiəçisi “Fluminense” ilə münasibətləri rəsmiləşdirməyə hazırlaşır. “İnternasional”ın 2 illik müqavilə təklifini də rədd edən Melo daha yaxşı maliyyə şərtləri qarşılığında “Fluminense” ilə 1 illik sazişə qol çəkəcək.
Qeyd edək ki, Felipe Melo 2011-2015-ci illərdə “Qalatasaray”ın formasını geyinib.
0
0