"Fluminense"nin yetirməsi "Sabah"da!
04.02.2022 - 15:07
"Fluminense"nin yetirməsi "Sabah"da!

“Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib.

Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi Hiqor Qabriel Bakı təmsilçisi ilə münasibətləri rəsmiləşdirib.

22 yaşlı arxa xətt oyunçusu yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Braziliyanın “Fluminense” klubunun yetirməsi olan Qabriel karyerası ərzində bu komanda ilə yanaşı, “Rio Branko” (Braziliya) klubunda da çıxış edib.

Qeyd edək ki, bu “Sabah”ın qış fasiləsində 3-cü transferi olub. Bakılılar həmçinin Aleksandr Neçayev və Kristian da Silva Fili də heyətinə cəlb edib.