“Fənərbaxça” Braziliya millisinin üzvünü istəyir
29.12.2021 - 18:14
“Fənərbaxça” Braziliya millisinin üzvünü istəyir

“Flamenqo”nun hücumçusu Qabriel Barbosa yenidən Avropa klublarının diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun İngiltərə və ya Türkiyədə oynamaq variantı yaranıb.

25 yaşlı oyunçu konkret olaraq “Nyukasl” və “Fənərbaxça”nın maraq dairəsindədir. Qışda hücum xəttini gücləndirməyi planlaşdıran hər iki klub qolçu problemini məhz “sambaçı” ilə həll etmək niyyətindədir. Həm “Nyukasl”, həm də “Fənərbaxça” Qabiqolu icarəyə götürmək istəyir. Lakin “Flamenqo” Braziliya millisinin üzvünü birdəfəlik satmaqla gəlir götürmək niyyətindədir.

Qeyd edək ki, Avropada “İnter” və “Benfika”nın formasını geyinib.