“Fənərbaxça”nın mövsümün sonunda vidalaşacağı ilk futbolçu artıq müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, müdafiəçi Filip Novak yayda yola salınacaq.
2020-ci ildə “Trabzonspor”dan qalmaqallı şəkildə ayrılaraq “Fənərbaxça”ya keçən Çexiya millisinin üzvü “sarı-lacivərdlilər”də istənilən performansı sərgiləyə bilməyib. 32 yaşlı sol cinah oyunçusunun yeni klubu da bəllidir. Novakın mövsümün sonunda ölkəsinə qayıdaraq “Sparta” ilə müqavilə imzalaması gözlənilir. Çünki tərəflər arasında ilkin razılıq əldə olunub.
Qeyd edək ki, “Fənərbaxça” ilə sözləşməsi gələn ilin yayına qədər olan Novak bu klubun heyətində bütün turnirlərdə 43 oyun keçirib, 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.