“Fənərbaxça”dan Dieqo Kostaya növbəti təklif
09.02.2022 - 00:00
“Fənərbaxça” braziliyalı hücumçu Dieqo Kostanın transferində israrlıdır.
Apasport.az saytının məlumatına görə, Türkiyə klubu hazırda azad agent olan 34 yaşlı forvarda növbəti təklif göndərib.
İstanbul təmsilçisi İspaniya millisinin sabiq üzvünə 1 milyon avroluq məvacib olmaqla mövsümün sonuna qədər müqavilə təklif edib. Lakin ulduz futbolçu bunun üçün 1,5 milyon avro tələb edib. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Dieqo Kosta son klubu olan “Atletiko Mineyro”dan bu ilin əvvəlində ayrılıb.
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
- “Fənərbaxça” – “Lion” matçından sonra gərginlik - 6 nəfər saxlanılıb
- "Atletiko" açıqladı: ALVAREZ SATILMAYACAQ
0
0