“Napoli” “Fənərbaxça”nın müdafiəçisi Min-Jae Kimin transferində israrını davam etdirir.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu 26 yaşlı futbolçunun keçidi üçün qarşı tərəflə danışıqları intensivləşdirib.
Müdafiənin mərkəzinə ucaboy, fiziki göstəriciləri güclü olan oyunçu istəyən neapolluların baş məşqçisi Luçiano Spalletti Cənubi Koreya yığmasının üzvünün bu kateqoriyaya uyğun olduğunu düşünür. A seriyası təmsilçisi Kim üçün istanbullulara 15 milyon avro təklif edib. Ancaq “Fənər” onun keçidindən 23 milyon avro qazanmağı planlaşdırır.
Qeyd edək ki, Min-Jae Kimin “Fənərbaxça” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.