“Futbola baxmağı tərgidin” – Cerrarddan məsləhət
10.02.2022 - 11:39
“Futbola baxmağı tərgidin” – Cerrarddan məsləhət

“Aston Villa”nın baş məşqçisi Stiven Cerrard “Barselona”dan icarəyə götürülən Filipp Koutinyonun çıxışından məmnundur.

Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis braziliyalı yarımmüdafiəçini bəyənməyənlərdən də müdafiə edir.

Cerrard Koutinyonun oyunundan xoşu gəlməyənlərə məsləhət də verməyi lazım bilib: “Əgər Filipp Koutinyonun oyununa baxmaqdan xoşunuz gəlmirsə, futbola baxmağı tərgidin. Çünki onun çıxışı tamamilə gözəldir”.