Çempionlar Liqasının bu gün keçiriləcək PSJ – “Real” qarşılaşması bütün dünyanın diqqət mərkəzindədir.
Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin ilk görüşünü tanınmış simalar da səbirsizliklə gözləyir.
Dünya futbolunun əfsanəsi Devid Bekhem stadiona can atan yüz minlərlə azarkeşdən fərqli matçı evdən izləməsinə sevinir. Bu da səbəbsiz deyil: “Şadam ki, oyuna stadiondan baxmayacağam. Belə görüşü izləmək həyəcanlı olacaq. Düzünü deyim ki, özüm də matçı evdə televizordan izləmək istəyirəm. Belə olanda hər iki komandanın qollarına sevinəcəyəm”.
Vaxtilə həm “Real”, həm PSJ-də oynamış İngiltərə millisinin sabiq kapitanı şanslara da toxunub: “PSJ-nin Çempionlar Liqasının qalibi olmaq şansına gəlincə, bəzən hər şeyin alınması üçün zamana ehtiyac olur. İnsanlar hər şeyin dərhal alınmasını istəyir. Səbir etmək lazımdır. Hər şey alınacaq. Əminəm ki, çox gözləmək olmayacaq”.