Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb.
Apasport.az saytının məlumatına görə, fevralın 10-da dərc ediləcək reytinqdə bir sıra dəyişikliklər olacaq.
Lakin bunlar Azərbaycan yığmasından yan keçəcək. Millimiz hesabat dövründə heç bir matça çıxmayacaq. Bu səbəbdən Canni de Byazinin yetirmələrinin xal hesabı da dəyişməyəcək. Komandamızın 1139 xalı qalacaq. Millimiz indi qərarlaşdığı 120-ci sırada qalacaq.
Cədvəldə ən böyük dəyişiklik isə lideri dəyişməsi olacaq. Uzun müddətdir zirvədə qərarlaşan Belçika taxtdan düşəcək. 1828 xala malik “qırmızı iblislər” Braziliyanı önə buraxacaq. “Sambaçılar” 8 xallıq üstünlüklə dünya birincisi olacaq.
Qeyd edək ki, 1473 xala malik Türkiyənin 3 pillə geriləyib 40-cı sıraya düşəcəyi proqnozlaşdırılır.