“İmarət” stadionunun tikintisini nəzərdə tuturuq”.
Apasport.az saytının məlumatına görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
“Xalq” qəzetinə müsahibəsində işğaldan azad olunan torpaqlarda görüləcək işlərdən bəhs edib. O, həmçinin idmanla bağlı planları da açıqlayıb. Emin Hüseynov bildirib ki, “İmarət” stadionu yeni məkanda inşa olunacaq: “İmarət”in inşasını əvvəlki yerdə - yəni Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər, daha böyük, geniş infrastruktura malik guşəsində nəzərdə tuturuq. Hazırda burada layihələndirmə işləri gedir”.
Prezidentinin xüsusi nümayəndəsi həmin arenada digər idman növləri üçün zallar açılacağını da əlavə edib: “Həmin idman məhəlləsində təkcə futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman zalları planlaşdırırıq. İdman təmayüllü orta məktəbin, həmçinin Azərbaycanın digər bölgələrindən bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərdə tutulur”.