“İnanmıram” - Qvardiola Kloppa cavab verdi
12.02.2022 - 12:40
“İnanmıram” - Qvardiola Kloppa cavab verdi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Liverpul”dakı həmkarı Yurgen Kloppla cavab verib.

Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssisin Premye Liqada çempionluq mübarizəsinin bitdiyini deməsi ispaniyalını razı salmayıb.

Qvardiola hələ mübarizənin qarşıda olduğunu düşünür: “Mən ona inanmıram. Hər şey mümkündür. Klopp da belə düşünür. Yoxsa almaniyalı belə rəqib olmazdır. O, “Liverpul”un çempion ola biləcəyinə inanır. Futbolda hər şey ola bilər”.

Qeyd edək ki, mançesterlilər 24 matçda 60 xalla Premyer Liqanın lideridir. Bir oyun az keçirən “Liverpul” 9 xal geridədir.