“İnter”ə qol vuran futbolçu icarə arzusunda
28.04.2022 - 22:35
“İnter”lə oyunda qol vuran “Bolonya”nın futbolçusu Nikola Sansone “Milan”a keçmək istəyir.
Apasport.az saytının məlumatına görə, vurduğu qolla komandasına 2:1 hesablı qələbə qazandıran hücumçu “rossonyeri”nin birinci pillədə qalmasına kömək edib.
Forvard bunun əvəzində Milanın eyniadlı təmsilçisində oynamaq istədiyini gizlətməyib: “Ümid edirəm ki, Maldini bunu görüb. Ya da “Milan”dan başqa birisi. Bəlkə onlar təşəkkür edərək məni icarəyə götürdülər. Mən də Çempionlar Liqasında oynaya bildim”.
Qeyd edək ki, 74 xala malik “Milan” “İnter”i iki xal qabaqlayır.
0
0