“İnter”dən 14 ilin ən yaxşı nəticəsi
10.01.2022 - 10:30
“İnter” İtaliya A seriyasında özünün son 14 ildəki ən yaxşı göstəricisinə imza atıb.
Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi 20 turda 49 xal toplayıb.
“Neradzurra”nın sonuncu belə uğurlu çıxışına 2007/08 mövsümündə təsadüf olunub. Həmin vaxt milanlılar çempion tituluna yiyələnib. Sonrakı illərdə komanda 20 oyunda bu qədər xal toplaya bilməyib.
Qeyd edək ki, “İnter” XX turda “Latsio”ya 2:1 hesabı ilə qalib gəlib.
0
0