“İnter”dən vida qərarı
25.03.2022 - 17:32
“İnter”in futbolçusu Aleksis Sançesin gələcək karyerasına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu çilili yarımmüdafiəçisi ilə vidalaşacaq.
Milanlılar müqaviləsi 2023-cü ilin yayında başa çatacaq futbolçu ilə yollarını bu mövsümün sonunda ayıracaq. Klub rəhbərliyi onu heyətdə saxlamağa ehtiyac duymur.
Qeyd edək ki, 33 yaşlı futbolçu 2019-cu ildən “İnter”in formasını geyinir.
0
0