“İnter”dən yeni təklif
15.11.2021 - 22:49
“İnter”dən yeni təklif

İtaliyanın “İnter” klubu daha bir futbolçusu ilə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Federiko Dimarko ilə danışıqlar aparır.

24 yaşlı müdafiəçinin anlaşması mövsümün sonunda başa çatır. Milanlılar onunla 4 illik müqavilə imzalamağı planlaşdırır. Dimarko yeni anlaşmaya görə daha çox qazanacaq.

Qeyd edək ki. Federiko 2018-ci ildən “İnter”in şərəfini qoruyur. O, bu müddətdə “Parma” və “Verona”ya icarəyə də verulib.