“Keşlə” iki oyun keçirəcək
23.12.2021 - 12:51
“Keşlə”nin mövsümün ikinci yarısının hazırlığına başlayacağı tarix müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Bakı klubu məşqlərə yanvarın 6-da bir araya gələcək.
Sənan Qurbanovun yetirmələri hazırlığa paytaxtda başlayacaq. Toplanış çərçivəsində iki yoxlama oyunu keçiriləcək.
“Keşlə”nin bu matçları yanvarın 14-nə və 20-nə planlaşdırılıb. Paytaxt klubunun rəqibləri hələ dəqiqləşməyib.
0
0