“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov növbəti dəfə qalmaqala səbəb olub.
Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, Premyer Liqada uğursuz oyunların bir-birini əvəzləməsindən boğaza yığılan çalışdırıcı komandanı “bir-birinə vurub”.
Əvvəl legionerləri tənqid hədəfi edən mütəxəssis bu dəfə yerli futbolçuların yaxasından yapışıb. O, paltardəyişmə otağında “od püskürüb”: “Bilirəm, mənim “torba”mı tikmək istəyirsiz. Qəsdən oynamırsız, mübarizə aparmırısıız. Ona görə belə edirsiz ki, mən tezliklə buradan gedim. O günü görməyəcəksiz, istefa vermək fikrim yoxdur. Arxamda klubun rəhbərliyi dayanıb. Onlar da məni buradan göndərmək istəmir”.