"Keşlə"nin kapitanı neçə oyun buraxacaq?
10.02.2022 - 12:44
"Keşlə"nin kapitanı neçə oyun buraxacaq?

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XV turunda baş verənlər müzakirə olunub.

“Keşlə”nin futbolçusu İlkin Qırtımov “Zirə” ilə qarşılaşmada qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. O, klubunu 200 manat ziyana salıb. Bakı təmsilçisi 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 800 manat cərimə olunub.

“Səbail”lə səfər görüşündə “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığından klub 800 manat ödəyəcək.