“Kim zəmanət verə bilər ki, VAR gələndən sonra hakim səhvi olmayacaq?” – sabiq FİFA referisi
15.02.2022 - 15:57
“Kim zəmanət verə bilər ki, VAR gələndən sonra hakim səhvi olmayacaq?” – sabiq FİFA referisi

“VAR olan ölkələrdə nə qədər səhvlər baş verir. Hətta bütün stadionun gördüyü epizoda təkrar baxıb, yenə səhv qərar verirlər”.

Bunu apasport.az saytına açıqlamasında sabiq FIFA hakimi Əfqan Həmzəyev VAR sisteminin Azərbaycan çempionatında tətbiqini dəyərləndirərkən deyib.

Onun fikrincə, VAR sistemi hakimliklə bağlı problemlərin aradan qaldırılması üçün çıxış yolu deyil: “Kim zəmanət verə bilər ki, VAR Azərbaycana gələndən sonra hakim səhvi olmayacaq? Mən hesab edirəm ki, VAR sistemi hakimləri tənbəlləşdirdi. Çünki arxayın olurlar ki, səhv etsəm də, VAR bunu düzəldəcək. Aşkar ofsayd epizodunda futbolçu topla 30 metr irəliləyir, qol vurur, sonra yan xətt hakimi bayrağı qaldırır. Futbolçu da haqlı şəkildə narazılıq edir. VAR-ın da kifayət qədər çatışmazlıqları var. VAR-dan ideal şəkildə istifadə edilərsə, ideal sistem olar. İnanmıram ki, VAR Azərbaycan hakimlərinə nəsə kömək edəcək. Əgər sistemdən düzgün istifadə edilsə, köməkliyi olar”.

Qeyd edək ki, AFFA mart-aprel aylarından Premyer Liqada VAR sisteminin tətbiqini planlaşdırır.