“Latsio” İmmobilesiz qaldı
18.11.2021 - 12:01
İtaliyanın “Latsio” klubu itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, Çiro İmmobile zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
Hücumçu Avropa Liqasının V turunda meydana çıxmayacaq. Çiro “Lokomotiv”ə qarşı forma geyinməyəcək. İtaliya millisinin düşərgəsində xəsarət alan oyunçu bərpa prosesi keçir. Matç noyabrın 25-də Moskvada baş tutacaq.
Qeyd edək ki, 31 yaşlı hücumçu cari mövsüm 15 matçda 11 qol vurub.
0
0