“Latsio”dan gedəcək futbolçular
11.02.2022 - 22:05
İtaliya “Latsio”sunu yayda azad agent kimi tərk edəcək futbolçular müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, qapıçı Tomas Strakoşa və yarımmüdafiəçi Lukas Leyva mövsümün sonunda A seriyası təmsilçisindən ayrılacaq.
Hər iki oyunçu müqaviləsini uzatmaqdan imtina edib. Qolkiperin İngiltərə klublarından birinə keçəcəyi gözlənilirsə, Lukas hələ təklifləri nəzərdən keçirir.
Qeyd edək ki, yunanıstanlı qapıçı 17 yaşında “Panionios”dan “Latsio”ya keçib və 2014-cü ildən əsas komandanın üzvüdür. Braziliyalı yarımmüdafiəçi isə 2017-ci ildə “Liverpul”dan transfer olunub.
0
0