“Legiya” Mahir Emrelinin gedişinə hazırdır
04.01.2022 - 12:15
“Legiya” Mahir Emrelinin gedişinə hazırdır

“Legiya” hücumçusu Maçey Rosoleki geri qaytarıb.

Apasport.az saytının məlumatına görə, icarə əsasında “Arka”da çıxış edən 21 yaşlı forvard mövsümün ikinci dövrəsindən müqavilə ilə məxsus olduğu Varşava təmsilçisinin şərəfini qoruyacaq.

“Arka” 2021-ci ilin yanvarında il yarım müddətinə icarəyə götürdüyü Polşanın gənclər millisinin üzvü ilə müqaviləyə xitam verib. “Legiya”nın baş məşqçisi Aleksandar Vukoviç və yeni idman direktoru Yatsek Zelinskinin gənc futbolçunu yaxından tanıması onun son çempionda oynamaq şansını artırır.

Üstəlik, “Legiya”da Tomas Pekhart, Rafa Lopes və Azərbaycan millisinin üzvü Mahir Emrelidən ən azı birinin bu ay komandanı tərk etməsi gözlənilir. Varşavalılar hücum xəttində yaranacaq boşluğu indidən Rosoleklə doldurub.

Qeyd edək ki, Mahir Emrelinin transfer olunması ən real görünən klub Macarıstan təmsilçisi “Fehervar”dır.