Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Legiya” qış təlim-məşq toplanışı üçün bir araya gəlib.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, kollektiv bu gün bazada toplaşıb.
Yalnız Varşava təmsilçisindən ayrılmaqda israrlı olan Emreli komanda ilə birlikdə deyil. Futbolçular bu gün koronavirus testindən, eyni zamanda tibbi yoxlanışdan və fitness testindən keçəcək. Komanda sabah hazırlıq üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq. Dubayda 3 yoxlama görüşü keçirəcək “Legiya” yanvarın 22-də Polşaya qayıdacaq.
Qeyd edək ki, Mahir Emreli “Legiya” ilə müqaviləsinə xitam verilməsi üçün kluba məktub göndərib.