“Lids” Byelsanı göndərəcək
21.12.2021 - 23:28
“Lids” Byelsanı göndərəcək

“Lids” baş məşqçisi Marselo Byelsa ilə yollarını ayıracaq.

Apasport.az saytının məlumatına görə, 66 yaşlı argentinalı növbəti mövsümdə komandanın sükanı arxasında olmayacaq.

Byelsanın daha tez göndərilməsi də mümkündür. 16 illik fasilədən sonra komandanı Premyer Liqaya qaytaran mütəxəssis uğursuzluqlar səbəbindən postunu tərk edəcək.

Qeyd edək ki, ötən mövsüm avrokuboklara vəsiqə üçün mübarizə aparan komanda hazırda Premyer Liqada qalmaq üçün vuruşur.