“Lion”un baş məşqçi postuna əsas namizəd müəyyənləşdi
10.05.2022 - 23:49
“Lion”un baş məşqçi postuna əsas namizəd müəyyənləşdi

“Lion”un baş məşqçisi postuna əsas namizəd müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Fransa klubu bu posta Kristof Qaltyeni gətirməyi planlaşdırır.

“Nitsa”nın baş məşqçisi klub rəhbərliyinin transferindən narazıdır. Bu üzdən də onun komandasından gedəcəyi gözlənilir. Lionlular növbəti mövsümdə də Peter Boşa güvənəcəyini açıqlasa da, Qaltyenin klubsuz qalmasını gözləyir.

Qeyd edək ki, “Nitsa” Liqa1-in turnir cədvəlində 6-cı, “Lion” isə 8-cidir.