“Liverpul” Kloppla müqaviləni uzadacaq
28.04.2022 - 14:50
“Liverpul” Kloppla müqaviləni uzadacaq

“Liverpul” baş məşqçisi Yurgen Kloppla danışıqlara başlayıb.

Apasport.az saytının məlumatına görə, tərəflər 2024-cü ilin yayında başa çatacaq müqaviləni uzatmaq niyyətindədir.

İngiltərə klubu 54 yaşlı mütəxəssisi daha uzun müddət bu postda saxlamaq fikrindədir. Yeni anlaşma ən azı 4 il müddətinə nəzərdə tutulacaq.

Klopp indiki müqaviləsi ilə ildə 10 milyon funt sterlinq qazanır. Yeni şərtlərin daha yaxşı olacağı gözlənilir.

Qeyd edək ki, Klopp 2015-ci ildən “Liverpul”u çalışdırır.