“Liverpul” iki müdafiəçisi ilə vidalaşacaq
06.01.2022 - 23:34
“Liverpul” iki futbolçusu ilə yollarını ayıracaq.
Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi Neko Uilyams və Nataniel Filipslə vidalaşacaq.
Mersisaydlılar müdafiəçiləri qış transfer pəncərəsində göndərməyə hazırdır. Özünə klub axtaran Uilyams daha çox oyun praktikası qazanmaqda maraqlıdır. O, Qətərdəki DÇ-2022-yə yollanmaq arzusundadır.
Fillips İtaliyadan bir neçə təklif alıb. Liverpulun eyniadlı təmsilçisi müdafiəçi üçün 15 milyon avro istəyir.
Qeyd edək ki, hər iki oyunçunun müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
0
0