“Liverpul”dan yeni təklif – 36 yaşlı veterana
15.02.2022 - 15:38
“Liverpul” futbolçusu Ceyms Milnerlə müqaviləni uzatmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı veterana yeni anlaşma təklif olunub.
Klub rəhbərliyi yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalamaq niyyətindədir. İngiltərəlinin hazırkı anlaşması mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Milner 2015-ci ildən “Liverpul”un formasını geyinir. O, cari mövsümün 16 matçında 1 assistə imza atıb.
0
0