“Liverpul”un hücumçusu qayıtdı
07.05.2022 - 00:02
“Liverpul”un futbolçusu Roberto Firmino heyətə qayıdıb.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp açıqlayıb.
O bildirib ki, braziliyalı hücumçu zədədən sonra sağalaraq komanda ilə məşqlərə başlayıb. Onun “Tottenhem”lə qarşıdakı oyunda iştirakı ilə bağlı qərarı isə almaniyalı mütəxəssis verəcək.
Firmino sonuncu dəfə aprelin 16-da meydana çıxıb. O, “Mançester Siti” ilə kubok oyunundan sonra zədə üzündən komandadan kənar düşüb.
Qeyd edək ki, Firmino mövsümün 31 oyununda 11 qol vurub.
0
0