“Liverpul”un oyunu koronavirusa görə təxirə salındı
23.12.2021 - 16:16
“Liverpul”un oyunu koronavirusa görə təxirə salındı

İngiltərə Premyer Liqasının daha iki oyunu təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, dekabrın 26-da keçirilməli olan XIX turun 9 matçından ikisi baş tutmayacaq.

Buna səbəb “Lids” və “Uotford” klubunun futbolçularında koronavirusa yoluxma halının aşkarlanmasıdır. Premyer Liqa rəhbərliyi həmin günün “Liverpul” – “Lids” və “Vulverhempton” – “Uotford” matçını təxirə salıb.

Bu komandaların dekabrın 28-də XX tur matçına çıxıb-çıxmayacaqları barədə hələ qərar verilməyib.