“Liverpul”un rekordu təkrarlandı
15.12.2021 - 09:46
“Liverpul”un rekordu təkrarlandı

“Mançester Siti” 2021-ci ildə 33-cü çempionat qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, Pep Qvardiolanın yetirmələri Premyer Liqanın XVII turunda “Lids”i 7:0 hesabı ilə məğlub edib.

“Şəhərlilər” bununla da “Liverpul”un rekordunu təkrarlayıb. Mersisaydlılar 1982-ci ildə 33 matçda qalib gəlib.

Mançester təmsilçisi ilin sonunadək daha üç oyun keçirəcək. “Nyukasl”, “Lester” və “Brentford”la görüşlərdə qazanılacaq bir qələbə ilə mütləq rekord rəsmiləşəcək.