“Mançester Siti” Torresin yerinə futbolçu almayacaq
30.12.2021 - 00:01
“Mançester Siti” komandanı tərk edən Ferran Torresin yerinə futbolçu almayacaq.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi “Barselona”ya keçən oyunçusunun əvəzinə gənclərə üstünlük verəcək.
Torresin gedişi daha çox 19 yaşlı Koul Palmerin işinə yaraya bilər. Onun oyun praktikasının artacağı gözlənilir.
Qeyd edək ki, “Barselona” ilə 2027-ci ilədək müqavilə imzalayan Ferranın transferi 55+10 milyon avroya gerçəkləşib.
0
0