İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin ikinci cütlüyündə cavab görüşü keçirilib.
Apasport.az saytının məlumatına görə, Mançester derbisində "Mançester Yunayted" "Mançester Siti"nin qonağı olub.
İlk matçda öz meydanında 1:3 hesabı ilə məğlub olan "qırmızı şeytanlar" səfərdə qalib gəlsələr də, bu, mərhələ adlamaq üçün kifayət etməyib.
Bununla da "Mançester Siti" finalda "Aston Villa"ya rəqib olub. Həlledici qarşılaşma martın 1-də baş tutacaq.
İngiltərə Liqa Kuboku
Yarımfinal mərhələsi, cavab oyunu
29 yanvar
"Mançester Siti" - "Mançester Yunayted" - 0:1
Matiç, 35
İlk oyun: 3:1
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI