“Mançester Siti” və Qvardioladan rekordlar
30.12.2021 - 09:24
“Mançester Siti” və Qvardioladan rekordlar

İngiltərə Premyer Liqasının “Brentford” – “Mançester Siti” matçı rekordlarla zəngin olub.

Apasport.az saytının məlumatına görə, 1:0 hesabı ilə qalib gələn qonaqlar və baş məşqçisi Pep Qvardiola Premyer Liqa tarixinə düşüblər.

Mançester təmsilçisi 2021-ci ildə 36-cı çempionat qələbəsini qazanıb. Bu, yarışın tarixində yeni rekorddur.

“Şəhərlilər”in bu qələbələrindən 19-u səfərdə əldə olunub. Mançesterlilər bu göstəricidə də özlərinin sahibi olduğu Premyer Liqa rekordunu yeniləyib.

Qvardiolanın yetirmələri Premyer Liqada ardıcıl 10-cu qələbəsini qazanıb. Bu, ispaniyalının rəhbərliyi altında 4-cü belə hadisədir. O, Premyer Liqada ən azı 10 qələbədən ibarət 4 seriyaya malik ilk məşqçi olub.