“Mançester Siti”dən darmadağın, “Lids”dən antirekord
15.12.2021 - 09:09
“Mançester Siti”dən darmadağın, “Lids”dən antirekord

“Lids” ölkədaxili yarışlarda özünün ən ağır məğlubiyyətlərindən birini alıb.

Apasport.az saytının məlumatına görə, bu, İngiltərə Premyer Liqasının XVII turuna təsadüf edib.

“Lids” “Mançester Siti” ilə oyunda 0:7 hesabı ilə darmadağın olub. Bununla da komanda tarixinin antirekordunu təkrarlayıb.

Bu, komandanın tarixində 7 top fərqi ilə 4-cü məğlubiyyətdir. “Lids” 1934-cü ildə “Stok Siti”yə 1:8, 1966-cı ildə “Vest Hem”ə, 1979-cu ildə “Arsenal”a indiki kimi 0:7 hesabı ilə uduzub.