“Mançester Siti”dən rekord - transferlərə ən çox pul xərcləyənlər
07.02.2022 - 22:48
“Mançester Siti”dən rekord - transferlərə ən çox pul xərcləyənlər

“Böyük beşlik”də son 10 mövsümdə transferlərə ən çox pul xərcləyən klublar bəlli olub.

Apasport.az saytının məlumatına görə, cədvələ “Mançester Siti” başçılıq edir.

Premyer Liqa klubu bu dövrdə 1 milyard 699 milyon avroluq futbolçu alıb. “Barselona”nın ikinci olduğu siyahıda “Çelsi” üçüncüdür.

“Onluq”da İngiltərə 4 klubla təmsil olunub. İspaniyanın 3, İtaliyanın 2 klubunun yer aldığı cədvələ Fransadan PSJ də düşüb.

Transferlərə ən çox xərcləyən 10 klub (milyon avro ilə)
1. “Mançester Siti” - 1699
2. “Barselona” - 1630
3. “Çelsi” - 1614
4. “Mançester Yunayted” - 1545
5. “Yuventus” - 1542
6. PSJ - 1445
7. “Real” - 1163
8. “Liverpul” - 1128
9. “Atletiko” - 1101
10. “İnter” – 1058