“Mançester Siti”nin Qavi arzusu
07.01.2022 - 22:02
“Mançester Siti”nin Qavi arzusu

“Mançester Siti” Qavini transfer etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu “Barselona”nın 17 yaşlı futbolçusu üçün xərcə düşməyə də razıdır.

Mançesterlilər Qavinin müqaviləsinə əks olunan sərbəstqalma məbləğini ödəmək fikrindədir. Bu rəqəm 41,7 milyon funt sterlinqə bərabərdir. Qavi Premyer Liqa klubuna keçməyə razılıq versə, “şəhərlilər” onun keçidi üçün bu vəsaiti ödəyəcək.

Qeyd edək ki, Qavi cari mövsümün 22 oyununda 1 qol vurub.